Oliver Varhei – Şərq Tərəfdaşlığı üçün iddialı iqtisadi və investisiya planını təqdim etmək üçün Qafqazda ilk səfərimə gözəl Gürcüstanla başladım

13:05, 07.07.2021

 

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Komissarı Oliver Varhei sosial şəbəkədə Gürcüstana səfəri barədə yazır.

Avropa komissarının sözlərinə görə, səfər zamanı Şərq Tərəfdaşlığı üçün iqtisadi və investisiya planı təqdim ediləcək.

“Cənubi Qafqazdakı ilk səfərimə gözəl Gürcüstanla başladım. Bu dəyirmi masada Şərq Tərəfdaşlığı proqramı üçün əlaqə və bərpa üçün iddialı iqtisadi və investisiya planımızı təqdim edəcəyəm. 17 milyard avroya qədər sərmayə cəlb etmək üçün 2,3 milyard avronu səfərbər edirik”, – deyə Oliver Varhei Twitter-də yazdı.

Oxşar