Olena Zelenska – Ukraynada davam edən müharibə müttəfiqlərinə ağır iqtisadi ziyan vurur, lakin Britaniyalılar pulu sayanda, Ukraynalılar qurbanları sayırlar
Ukraynada davam edən müharibə müttəfiqlərinə ağır iqtisadi ziyan vurur, lakin Britaniyalılar pulu sayanda, Ukraynalılar qurbanları sayırlar. Bu barədə Ukraynanın birinci xanımı, Olena Zelenska “BBC” ilə müsahibəsində bəyan etdi.
Olena Zelenskanın Kiyevdə verdiyi müsahibədə qeyd etdiyi kimi, Ukraynaya dəstək nə qədər güclü olsa, böhran bir o qədər qısa olacaq.
Jurnalist Laur Kensberq Ukraynanın birinci xanımından Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən enerji qiymətlərinin qalxması ilə üzləşən Britaniya xalqına hansı ismarıc göndərəcəyini soruşdu.
“Başa düşürəm ki, vəziyyət ağırdır, lakin icazə verin xatırladım ki, kovid-pandemiya dövründə, hansı da hələ də başa çatmayıb, qiymətlər həmçinin artdı və bu Ukraynaya da toxundu. Qiymətlər Ukraynada da artır. Lakin bununla yanaşı xalqımızı qətlə yetirirlər. Beləliklə, xırdaların bank hesablarında və ya ciblərinizdə sayarkən, biz də eynisini edirik və qurbanlarımızı sayırıq”, – Olena Zelenska bəyan etdi.