Olaf Şolz – Neft embarqosu ilə bağlı konstruktiv müzakirələr gedir, bizim gücümüz problemli məsələləri birlikdə həll edə bilməyimizdədir
Tərəflər arasında neft embarqosu ilə bağlı yaxşı və konstruktiv müzakirələr gedir”, – Almaniya kansleri Olaf Şolz Brüsseldə Aİ Şurasının fövqəladə iclasında deyib.
Şolzun sözlərinə görə, danışıqlar qarşılıqlı razılaşma əldə etmək istəyi ilə gedir.
“Neft embarqosu ilə bağlı tərəflər arasında yaxşı və konstruktiv müzakirələr gedir. Mən əvvəlcədən təfərrüatlardan danışa bilmərəm, baxmayaraq ki, danışıqlar həqiqətən də qarşılıqlı razılaşma əldə etmək istəyi ilə gedir, çox yaxşıdır. İndi birlikdə hərəkət etmək vacibdir. Müzakirələr zamanı hər bir ölkənin konkret vəziyyəti həmişə nəzərə alınmalıdır. Bizim gücümüz ondadır ki, biz problemli məsələləri birgə həll edə bilərik və Rusiyanın Ukraynaya təcavüzünə qarşı birgə hərəkət edə bilərik”, – Şolz deyib.
Aİ liderlərinin sammiti bu gün və sabah davam edəcək.