Olaf Şolts – Volodimir Zelenski Ukraynanın seçilmiş lideridir, onun demokratik legitimliyini inkar etmək yanlış və təhlükəlidir

10:52, 20.02.2025

 
Prezident Volodimir Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir – bu haqda Almaniyanın kansleri Olaf Şolts ABŞ-nin Prezidenti Donald Tramp tərəfindən Volodimir Zelenski ilə bağlı verilən bəyanatı qiymətləndirərkən qeyd edib.

“Həqiqət belədir: Volodimir Zelenski Ukraynanın seçilmiş lideridir. Müharibə zamanı müvafiq seçkilərin keçirilməsinin imkansız olması faktı Ukraynanın Konstitusiyasına və seçki qanunvericiliyinə uyğundur. Heç kim bunun əksini sübut etməməlidir” – Şolts qeyd edib.

Almaniyanın kansleri təkrarlayıb ki, Ukraynada müharibəni Vladimer Putinin rəhbərliyi ilə məhz Rusiya başladıb.

“Ukrayna artıq üç ilə yaxındır ki, özünü Rusiyanın amansız təcavüzkar müharibəsindən müdafiə edir. Birinci gündən bu günə qədər” – Şolts qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ-nin Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski seçkilər olmadan diktatordur və o, tez hərəkət etməlidir, əks halda artıq ölkə qalmayacaq.

Oxşar