Olaf Şolts – Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi qəbuledilməzdir, bu, keçilməsi mümkün olmayan hədd olacaq

13:06, 06.11.2022

Almaniya kansleri, Olaf Şolts Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsinin yolverilməzliyindən danışdı. Şolts Sosial-Demokrat Partiyasının iclasında bəyan etdiyi kimi, “bu münaqişədə nüvə silahından istifadə etmək qəbuledilməzdir”.

Onun dediyinə görə, bu mesajı Çin rəhbərliyinə çatdırdı və yalnız buna görə Çinə səfər etməyə dəyərdi.

Alman siyasətçi əlavə etdi ki, Çin prezidenti, Si Cinpin də nüvə silahından istifadənin yolverilməzliyi ilə razıdır.

“Bu, keçilməsi mümkün olmayan hədd olacaq”, – Şolts qeyd etdi.

Oxşar