Olaf Şolts Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara yol açmağa çağırır

11:42, 20.11.2022

Almaniya kansleri, Olaf Şolts Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara yol açmağa çağırır.

Bu barədə kansler Sosial Demokrat Partiyasının Baden-Vürtemberqdə keçirilən konfransında nitqlə çıxışı zamanı bəyan etdi.

Olaf Şoltsun dediyinə görə, heç kim başqasının torpağını mənimsəyə bilməz.

Kansler həmçinin qeyd etdi ki, işğalçı siyasəti səbəbindən, Rusiya “Böyük İyirimilik” sammitində izolasiyaya düşdü.

Oxşar