Olaf Şolts – Çin hökumətini Rusiya ilə müharibə məsələsində öz təsirindən daha güclü istifadə etməyə çağırdım, Rusiya qoşunlarını çıxarmalıdır

11:10, 21.06.2023

Almaniya kansleri, Olaf Şolts Çinin baş nazirini Pekinin Moskva üzərindəki təsirindən istifadə edərək Rusiyanı Ukrayna ilə müharibəni dayandırmağa çağırdı.

“Çin hökumətini Rusiya ilə müharibə məsələsində öz təsirindən daha güclü istifadə etməyə çağırdım, Rusiya qoşunlarını çıxarmalıdır, əks təqdirdə bu işləməyəcək”, – Şolts mətbuat konfransında bəyan etdi.

Bununla yanaşı, Almaniya kansleri qeyd etdi ki, Çin Rusiyaya silah verməkdən çəkinməlidir və bu müharibə dondurulmuş münaqişəyə çevrilməməlidir.

Almaniyada səfərdə olan Çinin baş naziri Li Ketsian Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüşdü. Almaniya prezidentinin mətbuat katibinin yazdığı kimi, tərəflər ikitərəfli və qlobal məsələlər, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi barədə açıq və ətraflı fikir mübadiləsi apardılar.

 

Oxşar