Olaf Şolts - "Böyük Yeddilik" Ukraynanı nə qədər lazım olsa bir o qədər dəstəkləyəcək
Olaf Şolts - "Böyük Yeddilik" Ukraynanı nə qədər lazım olsa bir o qədər dəstəkləyəcək

Almaniya kansleri Olaf Şolts bəyan edir ki, gələn həftə Bavariyada keçiriləcək “Böyük Yeddilik” sammitindən Ukraynanın uzunmüddətli perspektivlərini müzakirə etmək üçün istifadə etmək istəyir. Bu barədə “Esoşietid pres” yazır.

“Biz Ukraynanı nə qədər lazım olsa bir o qədər dəstəkləmək istəyirik. İstəyirik əmin olaq ki, Rusiya prezidentinin hesablamaları işləməyəcək. Putin ümidvardır ki, hər şey öz yerinə qayıdacaq, kifayət qədər torpaqları tutduqdan sonra və beynəlxalq ictimaiyyət adi fəaliyyətinə qayıdacaq. Bu illüziyadır”, – Şolts bəyan etdi.

Almaniya kanslerinin dediyinə görə, Kiyevdə olarkən o, Ukrayna prezidenti Vladimir Zelenski, italyan, fransız və rumıniyalı həmkarları ilə Ukraynaya silahların, xüsusən də sursat və artilleriyanın tədarükünü müzakirə etdi.

Onun sözlərinə görə, hər dörd lider Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyir və ümidvar olduğunu ifadə etdi ki, gələn həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının Sammitində bütün liderlər Ukraynaya namizəd statusunun verilməsini dəstəkləyəcəklər.