Olaf Şolts – Biz İsrailə silah tədarükünü dayandırmaq qərarını qəbul etməmişik, silah tədarük edirik və silah yenə də tədarük edəcəyik
Almaniyanın kansleri Olaf Şolts ölkəsinin İsrailə silah tədarükünü davam etdirəcəyini bildirir.
“Mən bunu şəxsən demək istəyirəm ki, biz silah tədarükünün dayandırılması ilə bağlı qərar qəbul etməmişik. Biz silah tədarük edirik və tədarük etməyə davam edəcəyik. Bu, federal hökumətin mövqeyidir” – Olaf Şolts bildirib.
Bununla yanaşı, Almaniyanın kansleri Federal Təhlükəsizlik Şurasının məxfilik qaydalarını pozmayacağını qeyd edib, lakin əlavə edib ki, konkret həll yolları var.
“Biz hökumətdə yaxın gələcəkdə yenidən silah tədarükünün olmasını təmin edən qərarlar qəbul etmişik” – Almaniyanın kansleri bildirib.