Olaf Şolts - Avropa İttifaqı xarici siyasət kimi əsas sahələrdə səsvermə qaydalarını dəyişməlidir
Olaf Şolts - Avropa İttifaqı xarici siyasət kimi əsas sahələrdə səsvermə qaydalarını dəyişməlidir

Avropa İttifaqı xarici siyasət kimi əsas sahələrdə səsvermə qaydalarını dəyişməlidir, – bu barədə Almaniya kansleri Olaf Şolz Bundestaqda nitqlə çıxışı zamanı bəyan etdi.

Almaniya hökuməti başçısının sözlərinə görə, blok səsvermə qaydalarını ixtisaslı səs çoxluğu ilə dəyişməlidir ki, ayrı-ayrı ölkələr qərarların qəbulunu blok edə bilməsin. Halbuki, medianın yazdığı kimi, Fransa da daxil olmaqla, bir neçə Avropa İttifaqı ölkəsi artıq xarici siyasət kimi əsas sahələrdə veto hüququndan imtinaya qarşı çıxıb.

Almaniya kansleri həmçinin Avropa İttifaqının müqaviləyə kompleks düzəliş tələb edə biləcəyi daha geniş “institusional islahatları” dəstəklədi və qeyd etdi ki, bu cür islahatlar Avropa İttifaqında demokratiya və qanunun aliliyini gücləndirmək üçün istifadə edilməlidir.