Olaf Şolts – Almaniya növbəti beş il ərzində Ukraynaya 17 milyard avro dəyərində silah verəcək

11:27, 15.07.2023

Almaniya növbəti beş il ərzində Ukraynaya 17 milyard avro dəyərində silah verəcək. Bu barədə Almaniya kansleri, Olaf Şolts bəyan etdi.

Bir neçə gün əvvəl Almaniya Ukraynaya 600 milyon avro dəyərində yardım paketini təsdiqlədi.

Müdafiə Nazirliyinin məlumatına görə, onun tərkibinə “Patriot” zenit müdafiə sisteminin iki buraxılış qurğusu daxil ediləcək. Eləcə də, paket “Merder” tipli 40 döyüş maşınını, “Leopard” tipli 25 tankı və bir ədəd “Luna” pilotsuz uçuş aparatını əhatə edir.

Şoltsun ​​sözlərinə görə, ABŞ-dan sonra Almaniya Ukraynaya ən böyük hərbi yardım tədarükçüsü olacaq.

Oxşar