Olaf Şols, Emmanuel Makron və Mario Draqi
Olaf Şols, Emmanuel Makron və Mario Draqi

Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya dəstək üçün Kiyevə getdilər. Məlumatı yerli media yayır.

Avropa liderləri prezident Vladimir Zelenski ilə görüşərək Avropa İttifaqına üzvlüyünü müzakirə edəcəklər.

Qeyd olunasıdır ki, Avropa Komissiyası yaxın vaxtlarda Ukrayna, Moldova və Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar verməlidir.

“Biz elə məqamdayıq ki, Ukrayna və onun xalqına qəhrəmancasına müqavimət göstədiklərinə aydın siqnal göndərmək lazımdır”, – Makron səfərə qədər bir gün əvvəl bəyan etdi.