Olaf Şols bəyan edir ki, Rusiya təbii qazından tamamilə imtina etmək, çox da elə məsuliyyətli addım olmayacaq
Almaniya kansleri, Olaf Şols bəyan edir ki, Rusiya təbii qazından tamamilə imtina etmək, çox da elə məsuliyyətli addım olmayacaq. Bu barədə kansler Hessendə vətəndaşlarla görüşündə bəyan etdi.
Bununla yanaşı, Almaniya kanslerinin dediyinə görə, ölkə qışa yaxşı hazırlanıb və Rusiyanın təbii qazı kəsməsi nəticəsində yarana biləcək hər hansı fasilənin öhdəsindən gələ bilər.
“Çox da çətin olsa da, gümün edirik bu qışı yola verəcəyik”, – Şols bəyan etdi.
Elə onun sözlərinə görə, Almaniya Norveç və Hollandiyadan daha çox təbii qaz ala bilər. Şols, həmçinin İspaniyadan Fransadan keçən qaz kəmərinin tikintisini dəstəklədi.
Almaniya kanslerinin dediyinə görə, istənilən ssenaridə Almaniya təbii qazın alternativ mənbələri tapmağa çalışmalıdır.