Oktyabrın 31-də Almaniyanın 34 şəhərində etiraz aksiyaları planlaşdırılır, Berlində brend mağazalar vitrinlərini taxta lövhələrlə bağlayıblar və obyektləri tez bağlamağı planlaşdırırlar

15:12, 31.10.2026

 

Təşkilatçıların sözlərinə əsasən, aksiyalarda 160 000-dən çox insan iştirak edəcək. Məlumatı “Reuters” nəşri yayır.

Aksiya “Gen Z məsuliyyəti üzərinə götürür” təşkilatı tərəfindən təşkil olunub. Onlar daha yaxşı təhsil və yaşayış xərclərinin azaldılmasını tələb edirlər. Bununla yanaşı, təşkilatçılar məcburi hərbi xidmətə qarşı çıxır və təhsilə daha çox investisiya qoyulmasını tələb edirlər.

Medianın məlumatında, aksiyaların Berlin, Münhen, Frankfurt və daha onlarla şəhərdə keçiriləcəyi deyilir. Almaniya hakimiyyətinin ehtimalına görə, ölkə miqyasında planlaşdırılan və “Halloween” bayramı ilə üst-üstə düşən aksiyalar əsasən dinc xarakter daşıyacaq.

Federal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Almaniyanın ultra-solçu ekstremistləri və xarici ekstremist hərəkatların bir hissəsi səfərbərlik üçün qüvvələrini birləşdirirlər.

Cərəyan edən hadisələr fonunda Berlində yerləşən brend mağazalar vitrinlərini taxta lövhələrlə bağlayıblar və obyektləri adəti vaxtdan daha tez bağlamağı planlaşdırırlar.

Oxşar