Oktyabrın 3-də keçiriləcək təkrar seçkilər üçün seçki bülletenləri çap olunub
Oktyabrın 3-də keçiriləcək bələdiyyələrin nümayəndəli orqanlarına – sakrebulolara təkrar seçkilər üçün seçki bülletenləri çap olunub. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Vani, Axmeta, Dmanisi və Tsalka dairə seçki komissiyaları üçün nəzərdə tutulan bülletenlər Tbilisidə, „Favorit Stil“ MMC-də çap olunub.
Ümumilikdə 2 450 seçki bülleteni çap edilib. Onlardan 1 750-si səsvermənin elektron texnologiyalardan istifadə edilməklə keçiriləcəyi seçki məntəqələri, 700-ü isə səsvermənin ənənəvi üsulla keçiriləcəyi məntəqələr üçün nəzərdə tutulub.
Seçki bülletenlərinin çap prosesini MSK-nın mətbuat katibi Natia İoseliani yerində izləyib. Onun sözlərinə görə, bülletenlər müvafiq standartlara tam riayət olunmaqla çap edilib.
Bülletenlərin çap prosesinə mətbəədə Mərkəzi Seçki Komissiyasının maliyyə departamenti monitorinq həyata keçirib. Seçki proseslərinin idarə olunması departamentinin seçki texnologiyalarının təminatı komandası isə bülletenlərin səsləri hesablayan elektron aparatlarla uyğunluğunu yoxlayıb.
Mərkəzi Seçki Komissiyası qeyd olunan bülletenləri qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dairə seçki komissiyalarına təhvil verəcək.