Oktyabrın 25-26-da Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Oktyabrın 25-26-da Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, respublika əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 67 km-68 km (Çiatura şəh. şossesi, E.Ninoşvili küçəsi) hissəsində Çiatura Munisipalitetinin Meriyası 2025-ci ilin oktyabrın 25-də “Çiaturoba” xalq bayramını keçirir, bu səbəbdən də qeyd olunan hissənin 2025-ci ilin oktyabrın 25-i saat 21:00-dan oktyabrın 26-sı saat 21:00-a qədər bağlanması lazımdır.

“Yolun bağlandığı dövrdə avtonəqliyyat vasitələri dolama yolla hərəkət edəcəklər. Konkret olaraq, respublika əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 67-ci km-dən 26 May, Q.Txelidze küçələri və Qamsaxurdia sahilindən keçməklə, oradan isə Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yoluna 68-ci km-də E.Ninoşvili küçəsindən istifadə etməklə qoşulacaq” – məlumatda qeyd olunub.