Oktyabrın 11 -i Gürcüstanda matəm günü elan edilib
Oktyabrın 11 -i Gürcüstanda matəm günü elan edilib

Oktyabrın 11 -i Gürcüstanda matəm günü elan edilib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.

“Batumidəki faciə ilə əlaqədar dərin kədərimi bildirirəm və həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəyə yas saxlayır.

Mənim qərarımla həlak olanların  xatirəsi üçün 11 oktyabr bazar ertəsi matəm günü elan ediləcək.

Dövlət hadisə qurbanlarına bütün lazımi köməkliyi göstərəcək.

Günahı üzə çıxan bütün şəxslər qanunun bütün qüvvəsi ilə cəzalandırılacaqlar.

Daxili İşlər Nazirliyi artıq 3 nəfəri saxlayıb və istintaq davam edir ”, – İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.