Oktyabrın 1-dən CE, DE kateqoriyalı və C1E, D1E altkateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ almaq üçün imtahanların praktiki hissəsi iki mərhələli olur
Oktyabrın 1-dən CE, DE kateqoriyalı və C1E, D1E altkateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ almaq üçün imtahanların praktiki hissəsi iki mərhələli olur

 

“Yol hərəkəti haqqında” Gürcüstanın qanununa edilən dəyişikliklərə uyğun olaraq, 2025-ci ilin oktyabrın 1-dən CE, DE kateqoriyalı və C1E, D1E altkateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ almaq üçün imtahanların praktiki hissəsi iki mərhələli olur. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayır.

“Dəyişikliyə əsasən, praktiki imtahanın birinci mərhələsini namizəd qapalı meydançada keçirəcək, imtahanın ikinci mərhələsi isə real yol hərəkəti şəraitində, Gürcüstanın daxili işlər nazirinin əmri ilə təsdiqlənmiş imtahan marşrutlarına uyğun keçiriləcək.

Sürücülüyə namizədin praktiki imtahanın ikinci mərhələsinə birinci mərhələni uğurla keçdikdən sonra 365 təqvim günü ərzində keçmək hüququ var. 365 günlük müddətin bitməsi halında, praktiki imtahanın birinci mərhələsində əldə olunmuş qənaətbəxş nəticə hüquqi qüvvəsini itirir.

Qeyd olunan kateqoriyaları/altkateqoriyaları idarə etmək hüququnu almaq istəyənlər praktiki imtahanı Xidmət Agentliyinin Rustavi və Kutaisi struktur bölmələrində verə biləcəklər.

Praktiki imtahanın ikinci mərhələsinin imtahanında iştirak etmək üçün növbəyə yazılmaq məcburidir, bu da mümkündür: birbaşa, Agentliyin müvafiq struktur bölməsinə getməklə; vebsayt vasitəsilə; mobil tətbiq vasitəsilə” – Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin məlumatında qeyd olunub.