Oktyabrda avtonəqliyyat vasitələrinin tullantı qazlarının müəyyən edilmiş normalara uyğunsuzluğu ilə əlaqədar 779 fakt qeydə alınıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin Nəqliyyat Vasitələrinin Tullantı Qazlarına Nəzarət Xidmətinin əməkdaşları, 2026-cı ilin oktyabrın 1-dən oktyabrın 31-i də daxil olmaqla olan dövrdə, dörd şəhərdə avtonəqliyyat vasitələrinin tullantı qazlarının müəyyən edilmiş normalara uyğunsuzluğu ilə əlaqədar 779 fakt aşkarlayıblar.
Pozuntuların 446-sı Tbilisidə, 150-si Kutaisidə, 141-i Batumidə, 42-si isə Rustavidə qeydə alınıb.
684 pozuntu fiziki şəxs tərəfindən törədilib, 95 halda isə Departamentin əməkdaşları hüquqi şəxsləri cərimələyiblər.
471 pozuntu minik avtomobillərinin, 290-ı mikroavtobusların, 18-i isə yük avtomobillərinin sürücüləri/sahibləri tərəfindən törədilib.
Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və nəqliyyat sektorundan atılan çirklənmənin minimuma endirilməsi məqsədilə, Departamentin müfəttişləri ölkənin dörd şəhərində yollarda hərəkətdə olan avtonəqliyyat vasitələrinin tullantı qazlarına nəzarəti gündəlik rejimdə həyata keçirirlər. Nəzarət tədbirləri başlayandan bu günə qədər ekipajların sayı artırılıb və hibrid avtomobillər satın alınıb. Ekipajlar müvafiq ölçü cihazları ilə təchiz olunub, əməkdaşlar dövri olaraq hazırlıqdan keçirilir. Departament əməkdaşları artıq daha çox məkanda, daha böyük sayda avtonəqliyyat vasitəsini yoxlamaq imkanına malikdirlər. Nəticədə nəzarət daha miqyaslı və effektiv xarakter alıb – cari ilin on ayı ərzində Departament əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin tullantı qazlarının müəyyən edilmiş normalara uyğunsuzluğu ilə əlaqədar 7635 fakt aşkarlanıb.
Məlumatı Ətraf Mühitə Nəzarət Departamenti yayır.