Oksford Universitetinin kitabxanasında qorunmuş Gürcüstanın müstəqillik petisiyası haqqında BBC məqalə yayımlayır.
Oksford Universitetinin kitabxanasında qorunmuş Gürcüstanın müstəqillik petisiyası haqqında BBC məqalə yayımlayır.

 

 

Oksford Universitetinin kitabxanasında qorunmuş Gürcüstanın müstəqillik petisiyası haqqında BBC məqalə yayımlayır.

“Kitabxana, Gürcüstanın “unudulmuş” petisiyasını aşkar etdi”, – məqalənin başlığı belədir.

“Oksfordda, Gürcüstan xalqının muxtariyyəti və hüquqlarını tələb edən petisiya aşkar etdilər. Gürcüstan xalqının petisiyası, Bodley kitabxanasında 1920-ci ildən saxlanılır, lakin, onun mənası yeni məlum oldu. Rusiya siyasəti ünvanında narazılıq bildirilib və petisiyaya 3000 kişi və qadın qol çəkib”, – məqalədə  deyilir.

“Bu ilk haldır ki, Gürcüstan əhalisi öz hüquqlarını bu yolla tələb edir”, – Boldey kitabaxasında bildirirlər.

Nəşrdə qeyd olunub ki, petisiyanı 1907-ci ildə Haaqın Beynəlxalq Konfransına təqdim etdilər, lakin, Gürcüstan müstəqilliyi bu hadisənin ardınca gəlməyib, ölkə müstəqilliyi yalnız 1918-ci ildə bərpa etdi.

BBC qeyd edir ki, petisiyanın təşəbbüskarı milliyətçi Varlam Çerkezişvilidir. O, 1870-ci illərdə Sibirə yerləşdirilmədən boyun qaçıra bildi və Londonda məskən saldı. Burada bacı-qardaş olan Ser Oliver və Marcori Uordroperlə dostlaşdı. Bacı-qardaş, Gürcüstan mədəniyyətinə heyran idilər.

Daha sonra, Bodley kitabxanasına petisiyanı, Uordrop kolleksiyasının bir hissəsi olaraq, Ser Oliver verdi. Petisiyanı kitabxananın kataloquna 1970-ci illərdə daxil etdilər, lakin, onun mənasını bir neçə həftə əvvəl, gürcü akademikləri Beka Kobaxidze və Nikoloz Aleksidze, eləcə də, Bodley kitabxanasından Cilian Evinson aydınlaşdırdılar.

Bodley kitabxanası, petisiyanın yeni elektron versiyasını yaratdı və hazırda o internetdə əlçatandır.

Beka Kobaxizenin BBC ilə söhbətində qeyd etdiyi kimi, 111 il sonra unudulmuş adlar haqqında cəmiyyətin məlumatlandırılması işində iştirak etmək onun üçün qürurvericidir.

Onun dediyinə əsasən, Gürcü xalqı, petisiya qolları arasında onların əcdadları və qohumlarının da soyadları varmı deyə maraqlanıb baxacaqlar.