Ohayoda Cei di Vensin evinə zərər vurublar, hücum nəticəsində pəncərələr sınıb
Ohayoda Cei di Vensin evinə zərər vurublar – bu haqda məlumatı media ABŞ Gizli Xidmətinə istinadən yayır.
Medianın məlumatına əsasən, Vensin evinə gecə edilən hücum nəticəsində pəncərələr sınıb, bir nəfər saxlanılıb.
ABŞ Gizli Xidmətinin bəyanatına əsasən, ABŞ-nin vitse-prezidenti hadisə zamanı iqamətgahda olmayıb.
“Hadisə zamanı iqamətgahda heç kim olmayıb. Vitse-prezident və ailəsi Ohayoda olmayıblar” – bəyanatda deyilir.
Gizli Xidmət tərəfindən saxlanıldıqdan sonra şübhəli Sinsinnati polis şöbəsinə aparılıb.