Odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə bir nəfəri saxlayıblar

14:54, 16.07.2025

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2003-cü il təvəllüdlü A.D.-ni odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlayıblar.

“Patrul müfəttişləri A.D.-ni idarə etdiyi avtomobillə hərəkətdə olarkən yoxlama məqsədilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları pistolet, 10 ədəd patron və 1 ədəd darağı maddi sübut kimi götürüblər” – DİN-in məlumatında deyilir.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Cinayət yeddi ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar