Odessaya hava hücumu nəticəsində ölənlərin sayı artıb, martın 3-ü matəm günü elan edilib
Martın 3-ü Odessada matəm günü elan edilib. Odessa rayon administrasiyası müvafiq qərarı Rusiyanın keçirdiyi və son məlumatlara görə, 4 nəfərin ölümünə səbəb olan hücuma görə qəbul edib. Ölənlər arasında üç yaşlı uşaq da var.
Ən azı 8 nəfər yaralanıb.
Rusiya bu gün səhər saatlarında şəhərə hücum edib. Ukrayna ərazisinə daxil olan pilotsuz təyyarə Odessada yaşayış binasına çırpılıb, nəticədə evin bir hissəsi uçub. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışlarını davam etdirirlər. Onlar beş yaralını çıxara biliblər.