Odessa vilayətində sərnişin qatarına zərbə endirilməsi nəticəsində iki nəfər həlak olub
Odesa vilayətində sərnişin qatarına zərbə endirilməsi nəticəsində iki nəfər həlak olub.
“Ukrayna Dəmir Yolları”nın yaydığı məlumata görə, Rusiya istehsalı reaktiv tipli pilotsuz uçuş aparatı sərnişin qatarının lokomotivinə çırpılıb.
Şirkətin məlumatına görə, nəticədə iki nəfər – qatarın maşinisti və onun köməkçisi həlak olub.
Ukrayna mediasının məlumatına görə, hücumun hədəfi Odesa-Dnepr qatarı olub. Qatar hücumdan əvvəl hava həyəcanı zamanı sərnişinlərin qatarı tərk edə bilməsi üçün dəmir yolu stansiyasına daxil olurdu.
“Bütün təhlükələrə baxmayaraq, lokomotiv heyəti 340 sərnişinin vaqonları təhlükəsiz şəkildə tərk edə bilməsi üçün qatarı idarə etməyə davam edirdi”, – deyə “Ukrayna Dəmir Yolları”nın açıqlamasında bildirilir.