Odessa dairə hərbi administrasiyasının nümayəndəsi bəyan edir ki, Rusiya Krım limanından Qara Dənizə dörd sualtı gəmisini daxil etdi
Odessa dairə hərbi administrasiyasının nümayəndəsi bəyan edir ki, Rusiya Krım limanından Qara Dənizə dörd sualtı gəmisini daxil etdi

Rusiya Krım limanından Qara Dənizə dörd sualtı gəmisini daxil etdi. Bu barədə Odessa dairə hərbi administrasiyasının nümayəndəsi, Sergey Bratçuk bəyan etdi.

“Gecə Odessa və bölgənin bombalanmasız keçdi. Lakin hava hücumu siqnalları var idi. Müdafiə qüvvələri vəziyyətə etibarlı nəzarət edirlər. Həmçinin kontr-diverisiya işlərini hyata keçiririlər. Biz bilirik ki, düşmən “kalibr” kruiz raketlərlə təchiz edilmiş 4 sualtı gəmini Qara Dənizə patrul etmək üçün göndərdi. Buna görə də raket zərbəsi ehtimalı yüksək olaraq qalır”, – Bratçuk bəyan etdi.

Administrasiyanın nümayəndəsi əlavə etdi ki, söhbət 50 metr dərinlikdən raketlər buraxa bilən, radarların və peyklərin onları effektiv aşkarlamasına imkan verməyən “Paltus” layihəsinin Rusiya sualtı gəmilərindən gedir.

Bratçuk həmçinin bölgə əhalisini Pasxa Bayramı zamanı, 23-24 aprel tarixlərində hava təhlükəsizliyi tələblərinə və komendant saatına əməl etməyə çağırdı.