Odessa bölgə hərbi administrasiya qərargahından bəyan edirlər ki, Qara Dənizdə zədələnmiş "Moskva" rus hərbi kreyseri bir illik döyüş qabiliyyətsiz olacaq
Qara Dənizdə zədələnmiş “Moskva” rus hərbi kreyseri bir illik döyüş qabiliyyətsiz olacaq, – bu barədə Ukrayna mediası Odessa bölgə hərbi administrasiya qərargahının mətbuat katibi, Dergey Bratçuka istinad edərək yazır.
Sergey Bratçukun açıqlamasına görə, mövcud göstəricilərlə, düşmənin gəmisinin zədələnməsinə səbəb “harpun” gəmiyə qarşı raket oldu.
“Hətta əgər gəmidə yanğın söndürüldüsə, yaxın bir il ərzində döyüş qabiliyyətsiz olacaq”, – Bratçuk bəyan etdi.
Medianın məlumatına görə, aprelin 13-də Qara Dənizdə 510 ekipaj üzvü olan Rusiyaya məxsus “Moskva” raket kreyserində yanğın əmələ gəldi. Odessa bölgə hərbi administrasiya qərargahının sədri, Maksim Marçenkonun bəyan etdiyinə görə, rus gəmisinə mühüm zədələri “neptun” tipli raketlər vurdular.
Medianın yazdığına görə, “Moskva” Rusiya Qvardiyasının raket kreyseridir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz donanmasının 30-cu diviziyasının bir hissəsidir. Nikolaev Gəmiqayırma Zavodunda tikilmiş, əvvəlcə “Slava” adlanırdı və sonra “Moskva” adlandırıldı.