Nyu-Yorkun federal hakiminin qərarı ilə ABŞ Ədliyyə Departamenti Ceffri Epşteynin məhkəmə qeydlərini ictimai şəkildə dərc edə bilər
Nyu-Yorkun federal hakimi ABŞ Ədliyyə Departamentinin Ceffri Epşteynin məhkəmə qeydlərini dərc edə biləcəyinə qərar verib. “BBC”nin yazdığı kimi, bu qərarla ABŞ rayon hakimi Riçard Bermanın sənədlərə ictimai çıxışı qadağan edən əmri ləğv edilib.
Medianın məlumatına əsasən, hakimin qərarı Ədliyyə Departamentini Epşteyn haqda faylları gələn həftənin sonuna qədər dərc etməyə məcbur edir.
Məlumat üçün bildirək ki, amerikalı maliyyəçi Ceffri Epşteyn 2019-cu ildə cinsi insan alveri ittihamı ilə saxlanılıb. O, elə həmin il məhkəmə prosesindən əvvəl həbsxanada intiharla həyatına son qoyub.
Keçən il dərc olunan Epşteyn işinin məhkəmə sənədlərində təqsirləndirilən şəxslə əlaqəsi olan bir neçə tanınmış şəxsin adı çəkilmişdi. Sənədlərdən birində Donald Trampın adı da keçir, lakin onun qanunsuz hərəkətindən söz getmir. Məlumdur ki, illər əvvəl Donald Trampın Nyu-York və Floridada maliyyəçi kimi çalışan Ceffri Epşteynlə əlaqəsi olub.
Ötən ay ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat Partiyasının üzvləri Epşteynin dəfələrlə prezident Donald Trampdan bəhs edilən elektron yazışmasını ictimailəşdiriblər.
Donald Tramp hər zaman Epşteynə qarşı nəsə qanun pozuntusu törədilməsini inkar edirdi və ona qarşı gəzən şayiələrin Demokrat Partiyası tərəfindən qaldırıldığını bildirirdi.