Nyu-Yorkdakı LaGuardia hava limanının uçuş-enmə zolağında Air Canada-ya məxsus təyyarə eniş zamanı yanğınsöndürən maşınla toqquşub, pilot və ikinci pilot həlak olub
Nyu-Yorkdakı LaGuardia hava limanının uçuş-enmə zolağında Air Canada-ya məxsus təyyarə eniş zamanı yanğınsöndürən maşınla toqquşub. Hadisə nəticəsində pilot və ikinci pilot həlak olub, iki nəfər isə xəsarət alıb.
Məlumatı CNN hüquq-mühafizə orqanındakı mənbəyə istinadən yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində ümumilikdə 76 nəfər — 72 sərnişin və 4 ekipaj üzvü olub.
Hadisə ilə bağlı araşdırma aparılması üçün hava limanı müvəqqəti olaraq bağlanıb.