Nyu-Yorkda üçmərtəbəli binanın uçması nəticəsində səkkiz nəfər həlak olub
Son məlumatlara əsasən, Nyu-Yorkda üçmərtəbəli binanın uçması nəticəsində səkkiz nəfər həlak olub. Üçü xilasedici olmaqla, azı 19 nəfər yaralanıb. Yaralılardan beşinin vəziyyəti kritik ağırdır.
Məlumdur ki, dağıntılar altından azı yeddi uşaq və bir hamilə qadını da çıxarıblar, lakin hazırda onların yaralılar siyahısında olduğu, yoxsa həlak olduğu dəqiqləşdirilməyib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı bu dəqiqələrdə də davam edir.
Sinoptiklərin proqnozuna əsasən, çox yaxın vaxtlarda Nyu-Yorkda güclü yağıntı və fırtına gözlənilir, bu da xilasetmə əməliyyatını çətinləşdirəcək və hadisə yerində əlavə təhlükə yaradacaq.