Nyu-Yorkda Marko Rubio və Serqey Lavrovun görüşü keçirilir
Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Marko Rubio və Serqey Lavrovun görüşü keçirilir.
ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında danışıqlar giriş bəyanatları olmadan başlayıb və qapalı formatda davam edir.
Rus mediasının yazdığı üzrə, Rusiya tərəfindən danışıqlarda Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darciyev, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, Şimali Atlantika istiqaməti departamentinin direktoru Aleksandr Qusarov, Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktoru Aleksey Drobinin və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iştirak edirlər.