Nyu-York, Los-Anceles və Çikaqo hava limanları "şatdaun"a görə cümə günündən reysləri azaldacaqlar
Nyu-York, Los-Anceles və Çikaqo hava limanları “şatdaun”a görə cümə günündən reysləri azaldacaq hava qovşaqları arasındadır. Bu haqda məlumatı “Associated Press” yayır.
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, reyslərin gecikmələri həmçinin Atlanta, Boston, Vaşinqton, Denver, San Dieqo və Kaliforniya hava limanlarına şamil ediləcək. Ümumilikdə 40-dək qovşaqdan söz gedir. Qurumda bundan əvvəl qovşaq hava limanlarında uçuşları 10%-lə azaldacaqlarını deyirdilər.
ABŞ-nin Federal Aviasiya Administrasiyasında izah etdikləri kimi, bu addımın atılması zəruridir, çünki hava hərəkəti dispetçerlərinin bir hissəsi yorğundur. Onların izahatına əsasən, dispetçerlər bir neçə aydır maaşlarını almırlar, bu səbəbdən hava hərəkətinə nəzarət edilməsinə görə məsuliyyət daşıyan dispetçerlərin bir hissəsi bülletenə çıxıb, bir hissəsi başqa işlərdə işlə təmin olunub.
Məlumat üçün bildirək ki, ABŞ-da hökumətin işi Demokratlar və Respublikaçılar arasında müxtəlif məsələlərdə fikir ayrılıqlarına görə dayandırılıb.