Nyu-Meksiko ştatında güclü daşqın nəticəsində azı üç nəfər həlak olub, onlardan ikisi uşaqdır [VİDEO]

 

Nyu-Meksiko ştatında güclü daşqın nəticəsində azı üç nəfər həlak olub. Həlak olanlar arasında iki uşaq var.

İnternetdə yayılmış görüntülərdə dağlıq kurort şəhəri Ruidosoda selin evi apardığı görünür.

Yerli hakimiyyətin məlumatına əsasən, təxminən bir saat ərzində Rio-Ruidoso çayında suyun səviyyəsi 6 metrə qədər qalxıb, bu isə əvvəlki rekord göstəricidən 1,5 metr çoxdur.

Nyu-Meksikonun qubernatoru Mişel Luxan Qrişem Ruidoso rayonunda fövqəladə vəziyyət elan edib və federal hökumətə kömək xahişi ilə müraciət edib.

Xatırladaq ki, əvvəlki günlərdə Nyu-Meksikoya qonşu olan Texas ştatında daşqın nəticəsində 100-dən çox insan həyatını itirib, 160-dan çox vətəndaş itkin düşmüş hesab olunur.