Nyu-Hempşir ştatında yerləşən Diksvil Noç qəsəbəsində Harris və Tramp altı səsi bərabər şəkildə bölüblər

11:29, 05.11.2024

 
Nyu-Hempşir ştatında yerləşən Diksvil Noç qəsəbəsində prezident seçkilərinin ilkin nəticələri məlumdur.

Diksvil Noçda sabiq prezident Donald Tramp və vitse-prezident Kamala Harris qəsəbə sakinlərinin altı səsini bərabər şəkildə bölüblər. Yerli vaxtla saat 12:10-da elan edilmiş yekun nəticələrə əsasən, hər bir namizəd üç səs toplayıb.

ABŞ-Kanada sərhədi yaxınlığındakı qəsəbədə gecə yarısı səsvermə ənənəsi 1960-cı ildə başlayıb. Dörd il əvvəl o vaxtkı vitse-prezident Co Bayden qəsəbədə 5 səs qazanıb, bu da onun Donald Tramp üzərində qələbə yolunda mühüm an idi.

Hər dörd ildən bir, praymerizlər və seçkilər zamanı dünyanın hər yerindən jurnalistlər gecə yarısı səsverməni işıqlandırmaq üçün Diksvil Noça gedirlər.

Oxşar