Nutsa Buzaladze "Eurovision 2025"də Gürcüstanın münsiflər heyətinin xallarını açıqlayacaq
Nutsa Buzaladze "Eurovision 2025"də Gürcüstanın münsiflər heyətinin xallarını açıqlayacaq

 

Nutsa Buzaladze mayın 17-də “Eurovision 2025″in final şousunda Gürcüstanın münsiflər heyətinin xallarını açıqlayacaq.

Nutsa Buzaladze final şousunda 21-ci yeri tutduğu “Firefight” mahnısı ilə Gürcüstanı “Eurovision 2024″də təmsil etmişdi.

“Eurovision 2025″də Gürcüstanı “Freedom” mahnısı ilə Mariam Şenqelia təmsil edəcək, o, ikinci yarımfinal şousunda mayın 15-də tamaşaçılar qarşısına çıxacaq.

Birbaşa yayımı ənənəvi olaraq Birinci Kanalın sizlərə təqdim edəcəyi builki mahnı müsabiqəsi mayın 13, 15 və 17-də İsveçrənin Bazel şəhərində keçiriləcək.