Noyabrın 4-dən ölkə miqyasında mövsümi qripə qarşı peyvəndləmə pulsuz olacaq
Noyabrın 4-dən ölkə miqyasında mövsümi qripə qarşı peyvəndləmə bütün vətəndaşlar üçün pulsuz olacaq. Bu haqda məlumatı Gürcüstanın Səhiyyə Nazirliyi yayır.
Qurumun məlumatında, immunlaşdırmanın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilmiş peyvəndlərdən biri olan “Abbott Biologicals B.V.” şirkətinin istehsalı olan dördkomponentli peyvəndlə aparıldığı deyilir.
“Peyvənd qrip mövsümündə dövr etməsi gözlənilən ştammlara uyğunlaşdırılıb. Qrip virusuna qarşı peyvəndləmə proqram çərçivəsində birinci mərhələdə risk qruplar arasında aparılıb. İndiyədək ölkə miqyasında 37 000-dən çox vətəndaş peyvənd olunub. Peyvəndləmə xidməti göstərən tibb müəssisələrində altı aylıq yaşdan etibarən peyvənd olunmaq mümkündür və tamamilə pulsuzdur” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.