Noyabrın 26-da parlamentin binasında təhlükəsizliyin “sarı” səviyyəsi tətbiq olunacaq
Gürcüstan Parlamenti noyabrın 26-da əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.
“Cari ilin noyabrın 26-da parlament plenar iclasda Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni interpelyasiya qaydası ilə dinləyəcək.
Qeyd olunanlarla əlaqədar olaraq, “Gürcüstan Parlamentinin Sarayında təhlükəsizliyin müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 əmrinə uyğun olaraq, cari ilin noyabrın 26-da parlament sarayında təhlükəsizliyin “sarı” səviyyəsi tətbiq olunacaq – ziyarətçilərin parlament sarayına girişi məhdudlaşdırılacaq.
Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən: komitələr və plenar iclaslara) yalnız müvafiq struktur vahidləri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.
Parlamentin tədbirləri başa çatana qədər hər bir yayımçıdan televiziya yayımçılarının/telemedia vasitələrinin akkreditə olunmuş üçdən çox olmayan qrupu binaya buraxılacaq.
Qeyd olunan tədbirin məqsədi Gürcüstan Parlamentinin Sarayında iş və təhlükəsiz mühitin təmin edilməsidir” – bəyanatda qeyd olunub.