Noyabrın 25-30-da Gürcüstanda hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi noyabrın 25-30-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanda hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.
Tbilisidə havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +11, +13 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.