Noyabrın 15-də Gürcüstanın əksər ərazilərində güclü külək əsəcək, Qərbi Gürcüstanda yağıntı gözlənilir

13:30, 14.11.2026

 

Noyabrın 15-də Qərbi Gürcüstanda yağıntı gözlənilir, gündüz saatlarında Abxaziya, Acara, Sameqrelo-Zemo Svaneti, İmereti və Quria regionlarında arabir güclü intensivliklə – bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.

Sinoptiklərin proqnozuna əsasən, şimşək çaxacağı, dolu düşəcəyi və dənizdə 4-5 ballıq fırtına olacağı ehtimal edilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatında deyildiyi kimi, ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək, yüksək dağlıq zonalarda bəzi yerlərdə çovğun və duman ola bilər.

“Gözlənilən güclü yağıntılar Acara-Quria və Sameqrelo-Zemo Svaneti çaylarında və onların qollarının aşağı axarlarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda sürüşmə-sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər tipli yaşayış məntəqələrində isə ayrı-ayrı ərazilərin su altında qalmasına səbəb ola bilər (təhlükə səviyyəsi – orta)” – məlumatda deyilir.

Oxşar