Növbəti çarter reysi ilə bu gün Afinadan Gürcüstanın 180 vətəndaşı qayıtdı
Növbəti çarter reysi ilə bu gün Afinadan Gürcüstanın 180 vətəndaşı qayıtdı

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, idarələrarası koordinasiya şurası tərəfindən müəyyən edilmiş aviareyslər çərçivəsində, Gürcüstan vətəndaşlarının vətənə qaytarılması üçün bu gün Afina-Tbilisi istiqaməti ilə çarter aviareysi həyata keçirildi.

İdarənin məlumatına görə, bu reys ilə vətənə 180 həmvətənli, o cümlədəm yeniyetmə, ağır xroniki xəstəliyi olan və yaşlı insanlar qayıtdılar. Onlar Gürcüstana qayıdarkən 14 günlük karantindən keçəcəklər.

Nazirliyin məlumatına görə, koordinasiya şurası ilə müəyyən edilmiş aviareyslər çərçivəsində, vətənə artıq Avropanın müxtəlif şəhərlərindən reyslər yerinə yetirildi. O cümlədən Varşava, Berlin, Vyana, London, Afina, Larnaka, Amsterdam, Pekin, Roma, Paris, Barselona, Madrid, Praqa, Tel-Aviv və ABŞ-dan.

“19 may göstəriciləri ilə, Gürcüstan diplomatik nümayindəlikləri yerində 20 919 vətəndaşa yardım göstərdilər, vətənə isə – 12 040 vətəndaş qaytarıldı. Gürcüstan Xarici İşlər Nazirliyinin veb səhifəsində, “COVID-19″ virusunun yayılması şəraitində xaricdə olan Gürcüstan vətəndaşlarına yardım barəsində məlumat hər gün yeniləşdirilir.

Yaxın gələcəkdə, koordinasiya şurası tərəfindən müəyyən edilmiş aviareyslər çərçivəsində 22 mayda Roma-Tbilisi aviareysi yerinə yetiriləcək”, – XİN-in məlumatında deyilir.