Notariusların ümumi yığıncağı İdarə Heyətinin sədrini və üzvlərini seçib
Notariusların ümumi yığıncağı İdarə Heyətinin sədrini və üzvlərini seçib. Seçkilər gizli səsvermə yolu ilə, elektron səsvermə proqramı vasitəsilə keçirilib. İdarə Heyətinin sədrinin seçkilərində səslərin əksəriyyəti ilə notarius Davit İmnadze qalib gəlib.
Sədr, onun müavini və İdarə Heyəti üzvlüyünə namizədlər notariuslara və dəvət olunmuş qonaqlara notariat sahəsinin sonrakı inkişafı və yeni təşəbbüslər haqqında öz fəaliyyət proqramlarını təqdim ediblər.
Ümumi yığıncaqda çıxış edən ədliyyə naziri Paata Salia hüquq qaydasının və vətəndaşların hüquqlarının qorunmasında notariusun mühüm rolunu vurğulayıb. O, Palatanın beynəlxalq əməkdaşlıq və Avropa notariat məkanına inteqrasiyası istiqamətində əldə olunmuş nəticələrə diqqət çəkib. Nazir qeyd edib ki, 2024-cü ildə Gürcüstan Notariat Palatası Avropa İttifaqının Notariuslar Şurasına müşahidəçi statusu ilə üzv olub.
Paata Salia Ekaterine Nandoşviliyə notariat sahəsinin inkişafına verdiyi mühüm töhfəyə görə təşəkkürünü bildirib.
Notariuslara həmçinin ədliyyə nazirinin müavini Lana Morqoşia müraciət edərək, 2023–2026-cı illərdə notariat sistemində həyata keçirilən islahatlar və əldə olunmuş nəticələrdən danışıb. Bu dövrdə mühüm qanunvericilik və institusional dəyişikliklər həyata keçirilib: Notariat Palatasının nizamnaməsi yenilənib, “Notariat hərəkətlərinin aparılması qaydası haqqında” təlimata dəyişikliklər edilib, Palatanın yeni strukturu formalaşdırılıb və yeni elektron notariat reyestri yaradılıb.
Ədliyyə nazirinin müavini Qiorqi Dqebuadze salamlama nitqində notariatın inkişafı, notariat xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaşların ehtiyaclarına yönəlmiş xidmətlərin əhəmiyyətindən danışıb.
Ümumi yığıncaqda nazirliyin nümayəndələri, notariuslar və Notariat Palatasının əməkdaşları iştirak ediblər.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.