Norveçin Baş naziri Stiv Uitkofun oktyabrın 21-də Sankt-Peterburqa gedəcəyini və Rusiyanın rəhbərliyi ilə görüşəcəyini bəyan edib
FILE - U.S. Middle East envoy Steve Witkoff attends and interview after participating in a meeting with U.S. Secretary of State Marco Rubio, U.S. national aecurity adviser Mike Waltz, Russian Foreign Minister Sergei Lavrov and Russian President Vladimir Putin's foreign policy advisor Yuri Ushakov, at Diriyah Palace, in Riyadh, Saudi Arabia, Feb. 18, 2025. (Evelyn Hockstein/Pool Photo via AP)
Norveçin Baş naziri Yonas Qar Store ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun sabah, oktyabrın 21-də Sankt-Peterburqa gedəcəyini bildirib. Store bu barədə mətbuat konfransında açıqlayıb.
“O, Rusiya rəhbərliyi ilə görüşəcək və bu görüşü və avropalı və amerikalı həmkarlarının üzərində işlədiyi təklifləri müzakirə edəcək. Ola bilsin bu, liderlər səviyyəsində görüş üçün əsas yaratsın” – Norveçin Baş naziri qeyd edib.
Storun sözlərinə əsasən, Norveçdə keçirilən danışıqlar zamanı tərəflər “Ukraynanın təhlükəsizliyi, müharibədən sonrakı rifah planı, ərazi məsələləri, sanksiyalar və müharibə bitdikdən sonrakı Avropa təhlükəsizlik arxitekturası ilə bağlı məsələləri” müzakirə ediblər.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Osloya gəlib və Norveç rəsmiləri ilə görüşüb və ABŞ Prezidentinin xüsusi nümayəndələri və avropalı tərəfdaşları ilə müharibəyə son qoymaq yolları ilə bağlı keçirilən danışıqlarda iştirak edib.