Norveçin Baş naziri - Norveçin Qrenlandiya ilə bağlı mövqeyi qətidir, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir
Norveçin Qrenlandiya ilə bağlı mövqeyi qətidir. Qrenlandiya Danimarka Krallığının bir hissəsidir və Norveç bu məsələdə Danimarka Krallığını tam dəstəkləyir – bu haqda Norveçin Baş naziri İonas Qar Store deyib.
Norveç hökumətinin başçısı, Oslonun həmçinin Arktikada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün işlərin məsuliyyətlə gücləndirilməsini dəstəklədiyini bildirib.
Store ABŞ Prezidentindən məktub aldığını təsdiqləyib. İonas Qar Storenin bəyanatına əsasən, Norveç uzaq şimalda Amerika Birləşmiş Ştatları üçün mühüm tərəfdaşdır.
Daha əvvəl ABŞ Prezidenti bəyan etmişdi ki, Danimarka Qrenlandiyanı Rusiya və Çindən qoruya bilmir və ABŞ Qrenlandiya üzərində tam nəzarəti ələ keçirənə qədər dünya təhlükəsiz olmayacaq.