Norveçin Baş naziri – Hadisələrin Rusiyanın tam məğlubiyyətinə doğru getdiyini düşünmürəm
Hadisələrin Rusiyanın tam məğlubiyyətinə doğru getdiyini düşünmürəm – bu barədə Norveçin Baş naziri İonas Qar Store açıqlayıb.
Norveç hökumətinin başçısı, Danimarkanın Baş naziri Mette Frederiksenin Rusiya ilə danışıqların aparılmasına hər zaman qarşı çıxdığını bildirib.
“Biz bunun Norveç və Finlandiya adından edildiyini aydın şəkildə bəyan etdik, lakin bilirik ki, bu məsələ ilə bağlı fərqli mülahizələr var. Mette Frederiksen Rusiya ilə danışıqlara və onlarla hər hansı təmasa hər zaman qarşı olub. Rusiyanın əməllərindən uzaq durduğumuzu nəzərə alsaq, bu anlaşılandır. Mövqeyimizin daha geniş dəstək alıb-almayacağını isə bilmirəm. Bu, yalnız hadisələrin Rusiyanın tam məğlubiyyətinə doğru getdiyinə inandığımız təqdirdə baş verərdi. Lakin zənn etmirəm ki, vəziyyət buna dəlalət edir. Bu səbəbdən, fürsətdən yararlanmalıyıq — Ukraynanın özü də buna can atır — və diplomatiya prosesinin başlaması üçün mövqeyimizi səsləndirməliyik” – Norveçin Baş naziri qeyd edib.