Norveçdə üçüncü gündür Rəqəmsallaşma üzrə Dövlət Agentliyinə kiberhücum davam edir, vətəndaşlar üçün müxtəlif dövlət xidmətləri əlçatan deyil

15:16, 26.08.2026

Norveçdə artıq üçüncü gündür ki, Rəqəmsallaşma üzrə Dövlət Agentliyinə kiberhücum davam edir. Hücum nəticəsində vətəndaşlar üçün müxtəlif dövlət xidmətləri əlçatmazdır.
Bu, son bir neçə həftə ərzində agentliyə qarşı həyata keçirilən üçüncü və ən genişmiqyaslı kiberhücumdur.
Bu ay Polşa hakimiyyəti də tibbi xidmətlər göstərən şirkətə qarşı kiberhücum edildiyini açıqlayıb. Nəticədə şəxsi məlumatların genişmiqyaslı şəkildə yayılması baş verib.
Avropa İttifaqında isə ilk dəfə xarici hökumətlərin Aİ-nin yüksək vəzifəli şəxslərinin şəxsi yazışmalarına daxil olmağa çalışdığı rəsmən etiraf edilib. İyul ayında Avropa İttifaqı təşkilata qarşı kiberhücumlara görə məsuliyyət daşıdığını bildirdiyi 9 Rusiya vətəndaşına və 4 şirkətə sanksiya tətbiq edib.

Oxşar