Norveçdə Oslo Hava Limanı yaxınlığında dronun qeydə alınmasına görə, uçuşlar müvəqqəti olaraq ləngiyib
Norveçdə Oslo Hava Limanı yaxınlığında dronun qeydə alınmasına görə, uçuşlar müvəqqəti olaraq ləngiyib

 

Norveçin paytaxtı Oslo Hava Limanı yaxınlığında dronun qeydə alınmasına görə, uçuşlar müvəqqəti olaraq ləngiyib. Bu barədə “Reuters” yazır.

Nəşrin qeyd etdiyi kimi, polis gecə “Norwegian Air” aviaşirkətinin pilotunun hava limanına yaxınlaşarkən üç və ya beş dron görməsi haqda məlumat alıb, bundan sonra bir neçə reys ləğv edilib və ya başqa hava limanına yönləndirilib. Nəşr məlumatın dəqiqləşdirilmədiyini və hava limanında hazırda bütün əməliyyatların bərpa edildiyini xəbər verir.

Son həftələr ərzində Kopenhagen, Oslo və Münhen hava limanları da daxil olmaqla Avropanın bir neçə şəhərində hava limanları dronların qeydə alınmasına görə müvəqqəti olaraq bağlanıb.