Norveçdə dəmir yolu əməkdaşlarının tətili səbəbindən 163 qatar reysi ləğv ediləcək
Norveçdə dəmir yolu əməkdaşlarının tətili səbəbindən 163 qatar reysi ləğv ediləcək. Bu barədə məlumatı Norveçin nəqliyyat şirkəti yayır.
Medianın məlumatına əsasən, Norveçin Maşinistlər Assosiasiyası ilə Norveçin nəqliyyat şirkəti arasında vasitəçiliklə əldə olunmuş razılaşma pozulduqdan sonra 46 maşinist tətil elan edib. Bəyanatda qeyd olunduğu kimi, bu səbəbdən sentyabrın 21-də daha 128 reys ləğv ediləcək.
Norveçin nəqliyyat şirkətinin nümayəndələri sərnişinlərə hər səfərdən əvvəl reys haqqında məlumatı yoxlamağı tövsiyə edirlər. Tətilin qatarların hərəkətinə sentyabrın 22-də də təsir göstərəcəyi ehtimal olunur.
Tətillər Avropanın digər ölkələrində də davam edir. Sentyabrın 16-da Brüssel yaxınlığındakı Şarlerua hava limanında hava hərəkəti dispetçerləri 24 gün davam edəcək tətil elan ediblər.