Norveçdə “Ashley” qasırğası ilə mübarizə aparırlar, aviareyslər ləğv edilib, məktəblər və uşaq bağçaları bağlanıb
Norveçdə güclü külək səbəbindən hava və dəniz reyslərinin bir hissəsi ləğv edilib, bəzi şəhərlərdə məktəblər və uşaq bağçaları bağlanıb – bu haqda yerli media yazır.
“Ashley” qasırğası bu gün səhər saatlarında Norveçin qərb hissəsini vurub və nəticədə bir neçə rayon işıqsız qalıb.
Məlumat üçün bildirək ki, Fransa və İtaliyada da fəlakətlə mübarizə aparırlar. İtaliyanın şimalında yerləşən Emilia-Romania bölgəsində daşqınlar nəticəsində bir nəfər həlak olub. Fransada da fəlakətlə mübarizə aparırlar. Ölkənin cənubunda yerləşən Ardeş departamentində daşqınlar nəticəsində bir nəfər həlak olub.