Norveç Xarici İşlər Nazirliyi - Rusiyanı beynəlxalq hüququn kobud şəkildə pozulmasına son qoymağa və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq
Norveç Xarici İşlər Nazirliyi - Rusiyanı beynəlxalq hüququn kobud şəkildə pozulmasına son qoymağa və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq

Biz bir daha Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmasını dayandırmağa və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. – Bu barədə Norveç Xarici İşlər Nazirliyinin avqust müharibəsinin 16-cı ildönümü ilə bağlı dərc etdiyi bəyanatda deyilir.

“2008-ci ilin avqustunda rus qoşunları Gürcüstanı işğal etdi. 16 ildən sonra işğal davam edir. Həm Gürcüstanda, həm də Ukraynada biz bir daha Rusiyanı beynəlxalq hüququn kobud şəkildə pozulmasına son qoymağa və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq”. – bəyanatda qeyd olunur.