Norveç, bölgədə mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar, Yaxın Şərqdə yerləşən 60 əsgərdən bir qismini Norveçə, digər qismini isə regionun digər ölkələrinə köçürəcək

18:27, 20.02.2026

Norveç, bölgədə mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar, Yaxın Şərqdə yerləşən 60 əsgərdən bir qismini Norveçə, digər qismini isə regionun digər ölkələrinə köçürəcək, – məlumatı Norveç Silahlı Qüvvələrinin nümayəndəsi Vegard Finberg yayıb.

Onun sözlərinə görə, Norveç bu qərarı ABŞ və İran arasındakı münasibətlərin son dövrdə ciddi şəkildə pisləşməsi və vəziyyətin daha da eskalasiya riski mövcud olması səbəbindən qəbul edib.

Norveç Silahlı Qüvvələri konkretləşdirməyib ki, hansı ölkələrdən neçə əsgər köçürüləcək.

„Bunlar yerli qüvvələrin təlimi və digər tapşırıqlar üzrə məsuliyyət daşıyan əsgərlərdir. Hazırkı vəziyyəti nəzərə alaraq, onlar əsas vəzifələrini yerinə yetirə bilmirlər və buna görə onları köçürürük“, – Reuters agentliyinə Norveç Birləşmiş Qərargahının mayor-polkovnik rütbəli nümayəndəsi Vegard Finberg bildirib.

Reuters-in məlumatına görə, Norveçin qüvvələri İraqda və İranın digər qonşu ölkələrində bir neçə yerdə yerləşdirilib.

Oxşar