Norioda kulminasiya təlimi keçirildi
Norioda kulminasiya təlimi keçirildi

Norio təlim bazasının yaxınlığında”kiçik zabitlər və liderlik kursunun” kulminasiya təlimi keçirildi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin xülasə hissəsində qarşı tərəfin iştirak etdiyi tağım tərəfindən hücum planlaşdırılıb.

“Çöl təlimi boş patronları və simulyatorlardan istifadə etməklə aparılıdı, Kursa Britaniya Hərbi Məsləhət Qrupu (BMATT) rəhbərlik edirdi, hansında da Gürcüstan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin zabit və serjantları iştirak edirdi.

Birgə Hərbi Mərkəzdə Təlim və Hərbi Təhsil Komandanlığının ev sahibliyi ilə keçirilən təlimlər dörd həftə davam etdi və dörd mərhələdən ibarət idi.

Birinci mərhələdə hərbçilər nəzəri hazırlıq keçdilər, sonrakı üç mərhələ isə, səhra əməliyyatlarına həsr olundu. Təlimin məqsədi kiçik zabit və serjantların hazırlanması və onların liderlik bacarıqlarının artırılması idi”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.